15 
Mar
2021
10:29
642

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 159 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 275 148 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 328 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 268 565 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 2 nəfər ölüb və ölənlərin ümumi sayı 3 650 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 13 730 test aparılmışdır. Bunlardan 9 275-i sürətli antigen testi, 4 455-i isə PCR testidir.

Bizimlə əlaqə saxlayın