15 
Mar
2021
09:34
696

Yuxu çatışmazlığı hansı fəsadlara gətirib çıxara bilər?

Alimlər yuxu çatışmazlığının fəsadlarını açıqlayıblar.

InterPress.ge xəbər verir ki, bu haqda “Sleep Health” jurnalında dərc olunub.

“Əgər hər hansı bir şəxs sutkada beş saatdan az yatırsa, bu, ilk növbədə ürək-damar sisteminə və beyin-qan dövranına mənfi təsir göstərir. Yuxu çatışmazlığı bu sistemlərdə problemlərə səbəb ola bilər”, - deyə məqalədə bildirilir.

Qeyd olunur ki, yuxu azlığı, həmçinin psixi pozuntulara da gətirib çıxara və orqanizmin ümumi zəifliyini şərtləndirə bilər.

Yazıda alimlər yuxudan əvvəl azca spirtli içki qəbul etmənin yuxu keyfiyyətinə mübət təsiri haqqındakı fikirlərin yalnış olduğunu bəyan ediblər. Onlar alkaqoldansa, yatmazdan öncə ot çayı və ya süd içməyi məsləhət görüblər.

Ekspertlər yuxu öncəsi televizora baxmağı da məsləhət görmürlər. Belə ki, onun şüaları melatonin ifrazını pozur.

Bizimlə əlaqə saxlayın