Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi konfrans keçirəcək

761
UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi konfrans keçirəcək
Dinləmək üçün basın

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ənənəvi olaraq bu ildə III Beynəlxalq Elmi Konfransı təşkil edəcək.

InterPress.ge xəbər verir ki, konfrans iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan magistr və doktorantlar üçün nəzərdə tutulub.

Azərbaycanda beynəlxalq standartların tələbləri səviyyəsində təşkil edilən əvvəlki iki konfransda dünyanın 50-dən çox ölkəsindən 1000-ə yaxın magistrant və doktorant iştirak etmiş, elm komitəsi tərəfindən qəbul edilmiş tezis və məruzələr konfransın Tam Mətn Məruzələr kitabında nəşr edilmiş və elektron elmi platformalarda yerləşdirilmişdir.

Konfransın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 4–7 iyun 2021 tarixlərində Gəncə şəhərində keçirilməsi planlaşdırılır. “Nizami ili” çərçivəsində təşkil olunacaq III Beynəlxalq Elmi Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusuna həsr olunacaq. Pandemiya şəraitini nəzərə alaraq konfransın online rejimdə keçirilməsi nəzərdə tutulur.

Bu il konfransın elm komitəsi tərəfindən seçiləcək məruzələrin elmi jurnallarda və beynəlxalq statuslu məruzələr kitabında nəşr olunması, məruzələr kitabının Harvard University, Oxford University, Yale University, Stanford University, Princeton University, Columbia University, Toronto University, Chicago University, Royal Danish Library, Duke University, British Library, Halle Wittenberg University, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdirilməsi nəzərdə tutulub.

Keçiriləcək konfransda dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş elm xadimlərinin və Azərbaycanın özəl və dövlət sektorunda çalışna tanınmış mütəxəssislərinin iştirakı ilə 10-a yaxın dəyirmi masa təşkil olunacaqdır.

Konfransda iştirak ödənişsizdir. Müraciət üçün link: conferences.az/en

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →