1 USD =
3.4363 GEL
1 EUR =
4.1187 GEL
1 TRY =
0.4265 GEL
100 RUB =
4.5355 GEL
1 AZN =
2.0193 GEL
13 
Mar
2021
15:11
179

Oppo qatlanabilən telefon bazarına daxil olacaq

Qatlanan telefonlar texnologiya nəhəngləri üçün artıq trend halına gəlib.

InterPress.ge xəbər verir ki, Samsung və Huawei-dən sonra Xiaomi, Oppo, Vivo və hətta Google-un da bunun üzərində işlədiyi iddia edilir.

Oppo-nun qatlanabilən telefon modelini təqdim edən ən yaxın şirkət olacağı barədə məlumatlar yayılıb.

Bəzi Çin mənbələrinin iddialarına görə, şirkət 2021-ci ilin ikinci rübü bitmədən tədbir keçirəcək. Oppo bu konfransda telefonu təqdim edəcək. Lakin smartfonun təfərrüfatları hələ açıqlanmayıb. 

Həmçinin şirkət bu sahədə iki illik təcrübəsi olan rəqibləri ilə rəqabətə girəcək. Çünki Huawei, bu konsepsiyada ikinci telefon olan Mate X2-ni keçən fevral ayında təqdim edib. Samsung isə Galaxy Z Fold 3 və Flip 3 modellərini bu yaxınlarda təqdim etməyə hazırlaşır.

Bizimlə əlaqə saxlayın