13 
Mar
2021
12:58
545

Qamğrelidze: "Peyvənd olunan bütün insanlara sertifikat veriləcək ki, orada peyvənd olduğu tarix və peyvəndin adı qeyd edilmiş olacaq"

"Peyvənd olunan bütün insanlara sertifikat veriləcək ki, orada peyvənd olduğu tarix və peyvəndin adı qeyd edilmiş olacaq. Bu iki dilli sertifikat müvafiq tibb müəssisəsi tərəfindən imzalanacaq və möhür vurulacaq ”.

InterPress.ge xəbər verir ki, bu haqda Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze baş tutan brifinqdə qeyd etdi.

Onun sözlərinə görə, kiçik briqadalar üç nəfərdən ibarət olacaq.

“Peyvəndlər bu gün və sabah anbarımızdan paylanacaq, soyuq zəncir sistemi olduğu bütün bölgə və bələdiyyə mərkəzlərinə, xalq sağlamlığı mərkəzlərinə çatacaq və buna görə peyvəndlər onların koordinasiyası ilə başlayacaq.

Peyvənd olunan bütün insanlara sertifikat veriləcək ki, orada peyvənd olduğu tarix və peyvəndin adı qeyd edilmiş olacaq. Bu iki dilli sertifikat müvafiq tibb müəssisəsi tərəfindən imzalanacaq və möhür vurulacaq

Peyvənd briqadaları üç nəfərdən ibarət olacaq - peyvəndçi, peyvənd olunmuş şəxsin sağlamlıq vəziyyəti barədə xüsusi sorğu aparan həkim və məlumatları elektron immunizasiya sisteminə daxil edən qeydiyyatçı”- Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər