25 
Mar
2020
09:52
3162

Gürcüstan ərazisində fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə təyin olunmuş məhdudiyyət və icazələr - ƏTRAFLI SİYAHI

Gürcüstan hökumətinin sərəncamı əsasında, ölkənin bütün ərazisində fövqəladə vəziyyət çərçivəsində konkret məhdudiyyətlər təyin olunub.

InterPress.ge xəbər verir ki, məhdudiyyətlər və icazələr ilə bağlı ətraflı məlumatı Baş nazirin mətbuat xidməti yayır.

Nəqliyyat ilə gediş-gəlişə məhdudiyyət qoyulur:

  • Fövqəladə vəziyyətin başa çatmasınadək, hava, quru və dəniz yolu ilə gediş-gəliş dayandırılır. Zərurət yaranacağı halda çarter uçuşlarının həyata keçirilməsi planlaşdırılır. Səyahət qatarı ilə hərəkət qadağan Lakin yükdaşımalar fasilələr olmadan, maniəsiz həyata keçirilir.
  • Şəhərlərarası marşrut taksiləri və avtobuslarla sərnişinlərin daşınmasına məhdudiyyət Sərnişinlərin daşınması məqsədi ilə daxili hava reysləri ləğv olunur. Gürcüstan hökuməti ilə razılaşma olduğu halda yalnız çarter reysləri həyata keçirilir.
  • Özünüidarəetmə şəhər və munisipalitetin inzibati mərkəzinin sərhədlərində daxili gediş-gəliş – sərnişinlərin marşrut taksiləri və avtobusla daşınması dayandırılıb. Sözü gedən məhdudiyyət munisipalitet ərazisində inzibati mərkəz və kəndlər arasında sərnişinlərin daşınmasına şamil olunmur.

Təhsil müəssisələrində aprelin 21-dək tədris prosesi dayandırılıb:

  • Müvafiq texniki resursa sahib olma halında , ümumtəhsil və ali təhsil məktəblərində uzaqdan tədris, yani distansion təhsil mümkündür.
  • Tədris və elmi-tədqiqat müəssisələrində , administrasiyalar aprelin 21-dək əgər iş yerinə getmək olduqca vacib deyilsə distansion rejimdə işləməlidirlər.
  • Bütün növ treninq, konfrans və seminarlara qadağa Oxşar tədbirlərə distansion rejimdə keçiriləcəyi halda icazə verilir.
  • İmkan daxilində avtorizasiya və akreditasiya eləcə də, peşə hazırlığı və hazırlaşdırma qaydaları ilə tələb olunan inzibati icraatın distansion şəkildə aparılmasına icazə Bu hallarda , inzibati icraatın müddəti fövqəladə vəziyyətin başa çatmasınadək dayandırılmış hesab olunur.

Müxtəlif tədbirlərə qoyulan qadağalar:

  • Qapalı, eləcə də açıq məkanlarda istənilən növ mədəni tədbirin keçirilməsinə qadağa qoyulub.
  • Qapalı, eləcə də, açıq məkanlarda istənilən növ idman tədbirlərinin, o cümlədən təlim və məşqlərin keçirilməsinə qadağa
  • Həm mədəni, həm də idman tədbirlərinin, eləcə də fəallıqların bir tək distansion formada keçirilməsinə icazə

Toplaşma, manifestasiya və bir araya gəlməyə qadağa qoyulur:

  • İctimai məkanlarda 10 nəfərdən artıq insanın bir araya gəlməsi qadağan olunub. İctimai məkan, həm binada, həm də bayırdakı istənilən yeri nəzərdə tutur və özəl şəxsin yaşayış yerini nəzərdə
  • 10 nəfərdən artıq insanın bir araya gəlməsini nəzərdə tutan bütün sosial tədbirlərə qadağa Nümunə üçün – yas mərasimləri, toy və sairə.
  • 10 nəfərdən artıq insanın , fəaliyyətlərini davam etdirən özəl müəssisələrə toplaşmasına yol Onlar iş yerində iki metrlik sosial məsafə saxlamalı və Səhiyyə Nazirliyinin rekomendasiyalarına əməl etməlidirlər.

İqtisadi fəaliyyət qadağan olunur:

  • Restoranlara, qida obyektlərinə, müəssisələrə xidmət edən məkanlara istifadəçilərin daxil olmasına icazə vermək qadağan Sözü gedən obyektlər bir tək çatdırılma və ya “ draiv” xidmət göstərə bilərlər.
  • Klub, əyləncəvi – istirahət mərkəzlərinin, kino-teatrların, idman komplekslərinin, gözəllik salonlarının, gecə klublarının fəaliyyəti dayandırıldı.
  • Azartlı və uduşlu oyun xidməti qadağan olunub. Qeyd edilənlərə yalnız elektron formada icazə verilir.
  • Qida istehsal və emal edən obyektlər, istənilən növ ərzağı emal edərkən temperatur rejimini qorumalıdırlar; işçilər baş geyimi, tibbi maska və əlcəklərdən istifadə etməlidirlər; işçilər tez-tez maye sabun və su ilə əllərini yumalıdırlar; birdəfəlik əl kağızı ilə əllərini qurutduqdan sonra, tərkibində 70 faizdən az spirt olmayan və ya dezinfeksiyaedici məhlullar ilə əllərini təmizləməlidirlər;
  • Qida istehsal və emal edən obyektlərə, ləvazimatları, eləcə də döşəməni dezinfeksiya və yuma vasitələrininin yolverilən maksimal konsentrasiyası ilə tez-tez yuyub-dezinfeksiya etmək tapşırılır;
  • Qida istehsal və emal edən obyektlər işə başlamazdan əvvəl işçilərin sağlamlıq vəziyyətini yoxlamalıdırlar. (öskürək,tənəffüs çatışmamazlığı, temperatur və s). İstənilən növ məhsulun hazırlanmasında temperatur rejimi qorunmalıdır;
  • Çatdırılma xidməti göstərən obyektlər qidanı birdəfəlik konteynerə yerləşdirməlidirlər, uzun zaman istifadə olunan konteyner halında isə, hər istifadədən sonra yuyulub-dezinfeksiya edilməsini təmin etməlidirlər; Qidanın nəql edilməsi zamanı müvafiq temperatur rejimi qorunmalıdır; İşçiləri maska və əlcəklər ilə təmin etməlidirlər;
  • Pərakəndə və topdan satış obyektləri işçiləri maska və əlcəklər ilə təmin etməli; tez-tez yuma-dezinfeksiya işləri aparmalı və istifadəçi tərəfindən sosial məsafənin qorunmasına nəzarət etməlidirlər.

Şəxsi mülkiyyət ilə əlaqədar qadağalar təyin olunur:

  • Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin ilk tələbindəcə, hüquqi və fiziki şəxslər, Gürcüstan vətəndaşlarını ölkəyə gətirmək və yükdaşımaları icra etmək məqsədi ilə çarter uçuşları həyata keçirməlidirlər;
  • Müvafiq şəxslərin karantin zonalarına yerləşdirilməsini və yüklərin daşınması və təyinat yerinə çatdırılmasını təmin etməlidirlər.
  • Vətəndaşların karantinə yerləşdirilməsi üçün müvafiq xidmətlər göstərən mehmanxana və oxşar yaşayış yerlərini təmin etməli və onlara lazımi şərait yaratmalıdırlar.
  • Dövlət xidmətlərinin göstərilməsində məhdudiyyətlər qoyulur;
  • Binaların sökülməsi dayandırılır və ya təxirə salınır;
  • İnzibati şikayətlərin verilməsi və müzakirəsi müddəti dayandırılır;
  • Notariat fəaliyyətlərinin fərqli qaydaları müəyyən edilir;

Bununla yanaşı, bütün Gürcüstan ərazisində fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə aşağıda sadalananlara icazə verilir:

  • Əgər fövqəladə vəziyyət zamanı ictimai nəqliyyatın fəaliyyəti dayandırılmayıbsa, o zaman buraya 10 nəfərdən artıq insanın toplaşmasına icazə verilir;
  • 10 nəfərdən artıq insanın tibb və ya dövlət müəssisəsində, müdafiə qüvvələri və penitensiar müəssisələrdə bir yerə toplaşmasına icazə verilir;
  • Tikinti-infrastruktur işlərinin həyata keçirilməsi zamanı 10 nəfərdən artıq insanın bir yerə toplaşmasına dair qadağa tikinti-infrastruktur işlərinin həyata keçirilməsinə şamil olunmur;
  • Qida, heyvan yemi, heyvan və bitki məhsullarının, məişət kimyası və gigiyena, baytarlıq preparatları, pestisidlər və aqrokimyəvi maddələr, toxum və əkin materiallarının pərakəndə satışına icazə verilir;
  • Elektrik rabitənin (radio,televiziya), elektrik enerjisi, təbii qaz, su, benzin, dizel, mayeləşdirilmiş neft qazının təchizatı ilə məşğul olan obyektlərin fəaliyyətinə icazə verilir;
  • Tibbi təyinatlı məhsullar və farmatsevt məhsullarının satışına qadağa aid deyil;
  • Pərakəndə çatdırılma və satışı – təyinat yerinə aparılaraq və ya satış mərkəzinə istifadəçinin girişi olmadan həyata keçirən qida və malların pərakəndə, topdan satış, satış obyektlərinin fəaliyyətinə məhdudiyyətlər şamil olunmur;
  • Mətbuat köşələrinə fəaliyyətlərinin dayandırılması tətbiq edilmir;
  • Restoranlara və ictimai qida müəssisələrinə satış məkanına istifadəçi daxil olmadan bir tək çatdırılma və ya qidanın nəqliyyat vasitəsi ilə daşınmasına icazə verilir.

Bizimlə əlaqə saxlayın