12 
Mar
2021
14:29
1337

Novruz Bayramı ilə əlaqədar brifinq keçirildi - VİDEO

Bu gün 12 Mart tarixində aktual.ge xəbər portalının ofisində yerli icmanın fəalları və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri Novruz Bayramında "komendant saatı"nın ləğvi ilə bağlı mətbuat konfransı keçirdilər.

InterPress.ge xəbər verir ki, brifinqin mövzusu Novruz bayramı günündə “kommendant saatı”nın ləğv edilməsi idi.

Mətbuat konfransında „Civic“ İnteqrasiya fondunun rəhbəri Zaur Xəlilov, gənc aktivist Samirə Bayramova, “Salam” platformasının təsisçilərindən biri Benyamin Qasımov və media nümayəndələri iştirak edirdilər.

“Biz Gürcüstandakı Azərbaycan icmasının gəncləri, əhalinin böyük kütləsinin epidemiya vəziyyəti ilə bağlı məhdudiyyətlərin tam qorunması üçün fəal şəkildə çalışırıq. Bununla yanaşı, mövcud sübut edilmiş hadisələrin nisbətən azaldığını nəzərə alaraq, hesab edirik ki, yalnız bir gün 21 mart tarixində bütün Gürcüstanda komendat saatı məhdudiyyəti ləğv edilsin və əhali stres, gərginlik və cərimə qorxusu olmadan Norvuz əhval-ruhiyyəsi yarada bilsinlər. Onu da nəzərə almaq lazımdır ki, bu məhdudiyyəti yalnız Kvemo Kartli-də və ya yalnız Gürcüstanın Azərbaycan icması üçün bir günə qaldırmaq səhv olardı. Novruz adət-ənənələrinin əsas hissəsi tonqal qalamaq, bayramı təbrik etmək və bayram süfrəsində birlikdə iştirak etmək, şirniyyat üçün qonşuların qapısına papaq atmaq, xoş xəbərləri paylaşmaq və dinləmək, küslüləri barışdırmaq, qırmızı yumurta yarışması və s. axşam saatlarında başa tutur və axşam saat 9-a qədər qoyulan hərəkət azadlığının məhdudlaşdırılması (komendant saatı) bu adət-ənənələri lazımi şəkildə yerinə yetirməyimizə mane olur”- Brifinq iştirakçıları.

Daha ətraflı açıqlamaları videomaterialdan izləyə bilərsiniz.

Bizimlə əlaqə saxlayın