Ğaribaşvili: "Nika Melia bundan sonra azadlığa çıxa bilər"
“ Cənab Melianın ailəsi, həmpartiyalıları onun azadlığa çıxması üçün istənilən vaxt girov məbləğini ödəyə bilərlər və Nika Melia ondan sonra elə bu gün də həbsxanadan çıxa bilər”.
InterPress.ge xəbər verir ki, bu barədə İrakli Ğaribaşvili hökumətadministrasiyasında baş tutan brifinqdə Nika Melianın işi ilə bağlı danışarkən qeyd edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı prokurorluq “ şəffaf açıqlama verib”.
Bundan əlavə Ğaribaşvili “ Beynəlxalq Respublika İnstitutu”nun yayımladığı texniki seçki dəyərləndirməsi misiyasının yekun hesabatı haqda da qeyd edib. Nazirin dəyərləndirməsinə görə, bu hesabar seçkilərin saxtalaşdırılmasına dair səsləndirilən ittihamlara cavabdır.
“Beynəlxalq Respublikaçılar İnstitutunun seçkilərin qiymətləndirilməsi ilə əlaqədar yekun hesabatıilə tanış olduq və onlara görə seçkilər sərbəst, rəqabətli və dinc keçib ki, bu da Qərb tərəfdaşlarımızın seçkilərin saxtalaşdırılması ilə bağlı səsləndirilən absurd ittihamlara cavabdır. Buna görə bir daha bildirmək istərdim ki, biz tamamilə açıq və şəffafıq, bu müqaviləni real nəticə ilə başa vurmaq və ölkədə normal siyasi həyata başlamaq üçün dialoqu davam etdirməyə hazırıq. Siyasi partiyaların parlamentə daxil olub normal bir siyasi həyata başlamaları barədə insanların əmri nə olursa olsun, hamımız bunu tezliklə birlikdə görməliyik. Razılığın nəticəsi olaraq buna ümid edirik"-Ğaribaşvili.


