12 
Mar
2021
14:37
586

ABŞ-ın Gürcüstandakı səfiri “TV Pirveli” teleşirkətinin ətrafında dönən olaylarla bağlı münasibət bildirdi

”Bütün tərəflərə mövcud vəziyyətə peşəkarcasına və təmkinlə yanaşmaya çağırıram”.

InterPress.ge xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri “ TV Pirveli” teleşirkətinin ətrafında dönən olaylarla bağlı fikirlərini bildirdi.

“TV Pirveli ətrafında baş verən hadisələri, xüsusən də hüquq-mühafizə orqanları ilə media nümayəndələri arasındakı münasibətləri diqqətlə izləyirik. Bu istintaqın aparılmasında prioritet qanunun aliliyinin və media azadlığının təməl prinsipinin - jurnalistlərin mənbələrini qorumaq hüququnun balanslı, qərəzsiz istifadəsi olmalıdır. Gizli qeydlər, habelə hədə-qorxu və ya təqib qanunsuzdur və qınanılır . Bu kimi xoşagəlməz hərəkətlər qanuna uyğun olaraq araşdırılmalıdır. Bütün tərəfləri bu vəziyyətə peşəkar və təmkinlə yanaşmağa çağırırıq. Məhkəmə ədalətli və qərəzsiz fəaliyyət göstərməli və seçmə təqib yolu ilə siyasi məqsədlərinə çatmaq üçün sui-istifadə edilməməlidir”- səfirliyin açıqlamasında deyilir.

Məlumat üçün bildirək ki, “ TV Pirveli”nin verdiyi məlumata görə, müğənni Bera İvanişvili xüsusi Dövlət Mühafizə Xidmətinin hazırkı rəhbəri Anzor Çubinidzedən internetdə təhqiramiz şərhlər yazan gənclərin cəzalandırılmasını xahiş etdiyi gizli bir səs yazısı əldə ediblər. Səs yazısında Bera İvanişvili bu mövzu haqda İrakli Ğaribaşvili ilə danışır və bununla əlaqədar prokurorluq xüsusi söhbətin qanunsuz qeyd edilməsi və əldə edilmiş məlumatların qanunsuz istifadəsi ilə bağlı istintaq başladıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər