12 
Mar
2021
14:15
420

Baş nazir Türkiyə səfiri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan ilə görüşüb.

InterPress.ge xəbər verir ki, görüşdə Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın əsas məsələləri müzakirə edilib.

Baş nazir, diplomata Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə,habelə Gürcüstanın Avroatlantik strukturlarda inteqrasiyası istiqamətindəki güclü dəstəyinə görə təşəkkür edib.

Söhbət zamanı iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. Birgə regional layihələrin Gürcüstan və Türkiyə arasında səmərəli strateji tərəfdaşlıq, davamlı inkişaf və etibarlı əməkdaşlığın bariz nümunəsi olduğu qeyd edilib.

Görüşdə “COVID-19” pandemiyasının yaratdığı çətinliklər müzakirə edilib və qeyd olunub ki, qlobal pandemiyanı məğlub etmək yalnız birgə səylərlə mümkün olduğu üçün tərəfdaşlarla bu sahədə əməkdaşlıq prioritet olaraq qalır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər