12 
Mar
2021
12:49
454

Baş nazir: "Konstruktiv bir dialoqa, müxalifətin konstruktivliyinə ümid edirəm"

"Komandamız və partiyamız adından konkret qərarlar verəcək nəticə yönümlü bir tərəf olacağımıza dair tam hazır olduğumuzu təsdiqləmək istəyirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Christian Danielsson ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, AB-nin maraqları Gürcüstanın AB üçün vacib bir ölkə olduğunu təsdiqləyir.

“Bu, əlbəttə ki, dövlətimizə olan inamın bir ifadəsidir. Bu, həm iqtidar, həm də müxalifətin üzərinə böyük məsuliyyət qoyur və biz bu məsələyə eyni pafos, ruh və məsuliyyətlə yanaşmalıyıq. Komandamız, partiyamız adından tam hazır olduğumuzu təsdiqləmək istəyirəm, konkret qərarlar alacaq nəticə yönümlü bir tərəf olacağıq və əlbətdə bunu dəfələrlə, müxalifətlə çoxsaylı görüşlər zamanı da bildirmişik", - İrakli Ğaribaşvili bildirib.

Baş nazirin qeyd etdiyinə görə, Christian Danielsson-un iştirakı ilə müxalifətlə konstruktiv dialoqa ümid edir.

"Cənab Danielsson təcrübəli bir diplomatdır. Gürcüstanı çox yaxşı tanıyır və bu prosesin qısa müddətdə başa çatacağına dair böyük gözləntilərimiz var. Konstruktiv bir dialoqa, müxalifətin konstruktivliyinə ümid edirəm", - deyib Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər