12 
Mar
2021
11:53
895

Oğurluğa cəhd ittihamı ilə əlaqədar 4 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Kutaisi Şəhər Bölməsinin əməkdaşları isti təqib ilə keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində oğurluğa cəhd ittihamı ilə əlaqədar dördü nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, saxlanılanlar 2002-ci il təvəllüdlü keçmişdə dəfələrlə mühakimə olunmuş və hazırda sınaqda olan İ.X., 1999-cu il təvəllüdlü keçmişdə soyğunçuluqda mühakimə olunan və hazırda sınaqda olan A.S., 2001-ci il təvəllüdlü N.M. və 1996-cı il təvəllüdlü T.K.-dır.

“İstintaqda təqsirləndirilən şəxslərin Kutaisi şəhərində, Sulxan-Saba prospektindəki supermarketlərdən birini qarət etməyə çalışdıqları ortaya çıxdı. Hüquq-mühafizə orqanları adı çəkilən supermarketin yaxınlığında üç nəfəri saxladı. Dördüncü təqsirləndirilən şəxs hadisədən bir neçə saat sonra polis tərəfindən saxlanıldı.

Qrup halında oğurluğa cəhd faktı Gürcüstan Cinayət Məcəlləsinin 19-177-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə və 3-cü hissəsinin "a" bəndinə əsasən araşdırılır.

Cinayət dörd ildən yeddi ilədək həbs cəzası nəzərdə tutur", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın