12 
Mar
2021
10:46
600

Başqasının əmlakını mənimsəmək faktı ilə əlaqədar 3 nəfər saxlanıldı

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları külli miqdarda başqasının əmlakını mənimsəmək faktı ilə əlaqədar üç nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.

"Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ilkin razılaşma ilə qrup tərəfindən külli miqdarda başqasının əmlakının mənimsənilməsi faktı ilə əlaqədar üç nəfəri saxladı.

İstintaq, müttəhimlərin, başqasının əmlakını qanunsuz olaraq mənimsəmək məqsədilə, 2020-ci ilin sentyabr ayında Tbilisidəki Lisi Gölü yaxınlığında, Kanada vətəndaşı adına qeydə alınmış 1001 m² torpaq sahəsinə saxta etibarname hazırladıqlarını müəyyənləşdirdi. Torpaq sahəsi istintaq zamanı ələ keçirildi. Ekspertiza ilə daşınmaz əmlakın bazar dəyərinin 300.000 laridən çox olduğu ortaya çıxdı.

Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək həbs cəzasını nəzərdə tutan 180-ci maddəsinin 2-ci, 3-cü və 4-cü hissələri ilə istintaq aparılır”, - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın