Rustavidə yenə bir ailənin 2 üzvü dəm qazından zəhərləndi
Rustavi şəhərində, 15-ci mikrorayonda bir ailənin 2 üzvü təbii qazdan zəhərlənib.
InterPress.ge xəbər verir ki, zəhərlənənlər 64 yaşlı qadın və 23 yaşlı nəvəsidir.
Qonşuların dediyinə görə, nəvəsi huşunu itirmədən əvvəl təcili yardım çağırmağı bacarıb.
"Əvvəlcə ailənin başçısı çimib. Sonra nəvə hamama girib və özünü pis hiss etdikdə nənəsinə baxıb, bu zaman nənə artıq huşsuz vəziyyətdə olub. Nəvə təcili yardım çağırmağı bacarıb. Qapının yanına gələndə qapını aça bilməyib, huşunu itirib. Təcili yardım gələndə qonşu qapını qırdı", - dedi qonşulardan biri.
Nənə və nəvə təcili yardım briqadası tərəfindən "Rustavi" klinikasına aparılıb. Tibb müəssisəsindən bildirildiyinə görə, sağlamlıq vəziyyətləri stabildir.
Təcili yardım briqadaları, xilasetmə xidməti briqadaları və "SOCAR Georgia Gas" şirkətinin nümayəndələri hadisə yerinə cəlb olunublar.


