Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Windows 10-dakı avtomatik yeniləmə kompüterləri “çökdürdü”

695
Windows 10-dakı avtomatik yeniləmə kompüterləri “çökdürdü”
Dinləmək üçün basın

Microsoft şirkəti Windows 10 üçün növbəti avtomatik “Patch Tuesday” yenilənməsini yayımlamağa başlayıb.

Microsoft şirkəti Windows 10 üçün növbəti avtomatik “Patch Tuesday” yenilənməsini yayımlamağa başlayıb.

InterPress.ge xəbər verir ki, şirkət müəyyən səhvləri düzəltməli olsa da, əksinə, yenilənmə kompüterləri “çökdürüb”.

Qeyd edək ki, Windows 10 Mart yeniləməsi KB5000802, 82 təhlükəsizlik düzəlişinə malikdir. Maraqlısı budur ki, bu yenilənmənin həll etdiyi bir sıra problemlər kritik və vacib olaraq təsnif edilir.

Yenilənmədən 24 saat keçməmiş istifadəçilər kompüterin “çökməsindən” şikayətlənməyə başlayıblar. Hətta bəziləri kompüterdə "ölümün mavi ekranı" ilə qarşılaşıb.

Xatırladaq ki, Windows 10 KB5000802 avtomatik yeniləmədir, yəni bəzi istifadəçilərin əlavə icazəsi olmadan proqram özü yüklənib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →