Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qaraciyəri piylənmədən xilas edəcək QİDALAR

1,858
Qaraciyəri piylənmədən xilas edəcək QİDALAR
Dinləmək üçün basın

Qaraciyər piylənməsi vaxtında müalicə olunmalıdır.

Qaraciyər piylənməsi vaxtında müalicə olunmalıdır.

Interpress.ge xəbər verir ki, əks halda piylənmənin fonunda qaraciyərdə ağır pozulmalar – fibroz, sirroz inkişaf edə bilər.

Xoşbəxtlikdən qaraciyər piylənməsi qeriyə dönən pozulmadır. İlkin mərhələlərdə müəyyən qaydalara riayət etməklə piylənməni tam müalicə etmək mümkündür.

Heilpraxisnet portalına istinadla bildirir ki, Almaniya Qaraciyər Fondunun mütəxəssisləri piylənmədən azad olmaq üçün ziyanlı vərdişlərdən imtina etməyi, fiziki aktivliyini artırmağı, qidalanmada müəyyən dəyişiklikləri etməyi tövsiyə edirlər.

Belə ki, mütəxəssislər daha çox rafinə olunmamış bitki yağlarını (zeytun, qarğıdalı, günəbaxan) istehlak etməyi tövsiyə edirlər. E vitaminin sayəsində bu yağlar qaraciyərin sağlamlığına çox müsbət təsir edir.

Həmçinin alimlər şəkərin istehlakını minimuma çatdırmağı tövsiyə edirlər.

Rasionda daha çox meyvə, tərəvəz, göyərti olmalıdır.

Şirin qazlı içkilər, şirin çay və qəhvə qadağandır. Təmiz su, şəkərsiz çay və qəhvə için. Təbii qəhvə qaraciyər üçün çox faydalıdır.

Zülallarla zəngin olan ət (çox yağlı olmamalıdır) və paxlalılar da piylənmə ilə mübarizə etməyə yardım edir.

(saglamolun.az)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →