11 
Mar
2021
18:50
4613

Min dərdə dərman - Qoz arakəsmələri

Qoz arakəsmələri çox qiymətli müalicəvi məhsuldur.

InterPress.ge xəbər verir ki, onlar çox zəngin kimyəvi tərkibə malikdir - orqanik turşular, qlikozidlər, alkaloidlər, yod, kalium, maqnezium, sink, büzücü maddələr və s.

Arakəsmələrin saymaqla bitməyən faydaları var:

- mikrobəleyhinə təsir edir

- orqanizmi möhkəmləndirir

- şişəleyhinə təsirə malikdir

- ürək-damar sisteminə müsbət təsir edir, damarları təmizləyir

- immuniteti möhkəmləndirir

- yod çatışmazlığı zamanı ən təsirli təbii vasitədir

- büzücü təsirə malik olduğundan babasil zamanı yaxşı kömək edir

- sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, yuxunu və yaddaşı yaxşılaşdırır

- təzyiqi salır

- bağırsaqları "yığır", ishal zamanı təsirlidir

- öskürək zamanı yardım edir

- kişi cinsiyyət sisteminə müsbət təsir edir, prostatit zamanı yardım edir

- boğazda və ağız boşluğunda iltihabları azaldır, damaqları möhkəmləndirir.

Qoz arakəsmələrinin dəmləməsi belə hazırlanır:

Qazana 1 stəkan qoz arakəsmələri, üzərinə 4 stəkan soyuq su tökün, odun üzərinə qoyun, qaynamağa başlayanda vam odda 10 dəqiqə qaynadın, tam soyudun, süzün. Dəmləmə hazırdır.

Yod çatışmazlığı, öskürək, iltihablar zamanı, immun, ürək-damar və sinir sistemini möhkəmləndirmək, təzyiqi salmaq məqsədi ilə bu dəmləməni 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Boğaz və ağız boşluğu iltihabları zamanı dəmləməni qarqara kimi istifadə edin.

Babasil zamanı dəmləmə ilə oturaq vannaları etmək yaxşı yardım edir.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın