11 
Mar
2021
12:59
733

TikTok-a yeni bir funksiya gəlir

TikTok platforması zorakılıq və təcavüzü azaltmağa yönəlmiş yeni xüsusiyyətlər yaratmağa davam edir.

InterPress.ge xəbər verir ki, sosial media tətbiqi artıq pis rəylərin qarşısını almaq üçün yeni şərh nəzarəti və tətbiqdaxili xəbərdarlıqları istifadəyə verəcək.

Tətbiq istifadəçilərə videoların altında görünməzdən əvvəl bütün yeni şərhləri təsdiqləmə imkanı yaradacaq. Buna görə də şərh filtrləmə vasitələrini genişləndirəcək. Dəyişikliyə əsasən, hesab sahibi təsdiqləməyincə yeni şərhlər gizlədiləcək.

Tətbiq həmçinin müəyyən şərhin qaydalarını pozacağını aşkarladıqda, istifadəçidən onu göndərmədən əvvəl yenidən düşünməyi xahiş edəcək. Yəni, İnstaqram kimi TikTok da istifadəçilərin həmin şərhi yazmasına mane olmayacaq, əksinə sözlərini dəyişdirməyə imkan yaradacaq.

Qeyd edək ki, şirkət bu qaydaları düzgün şəkildə tətbiq etmək üçün bir qrup kənar mütəxəssislə işləyir.

Xatırladaq ki, TikTok zorakılıq və təcavüz siyasətinə daha çox məlumat əlavə etmək üçün icma təlimatlarını hələ dekabr ayında yeniləyib.

Bizimlə əlaqə saxlayın