11 
Mar
2021
12:24
901

Yanacağın qiymətinin bahalaşmasına görə etiraz aksiyası keçirildi

Kutaisidə yanacağın qiymətinin bahalaşmasına aksiya ilə etiraz edilib.

InterPress.ge xəbər verir ki, avtomobil sahibləri, taksi sürücüləri və aktivistlər üçüncü dəfə toplaşıblar və ikiqat qiymətə etiraz ediblər.

Onlar hökuməti buna cavab verməyə çağırıblar və yanacağın qiymətinin gündəlik artdığını, bunun da avtomobil sahibləri üçün ciddi bir problem olduğunu bildiriblər.

Etirazçılar bu gün magistral yolu bağlamağı planlaşdırırlar və tələbin yerinə yetirilməməsi halında daimi aksiyalar elan ediblər.

“Üçüncü aksiyanı keçiririk, çünki nəticə yoxdur. Yanacağın qiyməti hər gün artır. Hökumətə vaxtında cavab verməsi üçün müraciət edirik. Xəbərdarlıq üçün bu gün magistral yolu avtomobillərlə bağlayacağıq, heç bir nəticə olmasa, daimi aksiyalar keçirəcəyik", - etirazçılar bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər