Miçkevik: “Özəl ali təhsil ocaqları virusa qarşı bütün lazımlı resurslarla təmin olunub"
“Özəl ali təhsil ocaqları virusa qarşı bütün lazımlı resurslarla təmin olunub və imtahan prosesi təhlükəsizlik normalarını qorumaqla davam edir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini Nunu Miçkevik qeyd edib.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini Nunu Miçkevik ali məktəblərdə monitorinqi davam etdirir. Nazir müavini Nunu Miçkevik Əmək Müfəttişliyi Departamentinin rəhbəri Beka Peradze ilə bərabər bu dəfə Qafqaz universitetinə və Petre Şotadze adına Tbilisi tibb akademiyasına qonaq oldu və virusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərlə yerində qiymətləndirib.
Onun sözlərinə görə, ali təhsil ocaqları pandemiya şəraitində mövcud çağırışların üstəsindən uğurla gəlib və qısa müddətdə qarışıq tədris prosesini düzgün təşkil ediblər.
Nazir müavini tədris prosesinin auditoriyalarda davam etməsi üçün tələbələrin maarifləndirilməsinin vacibliyindən də bəhs edib. Ali təhsil müəssisələri tələbələrlə aktiv ünsiyyətdədir və onlara covid-19-la bağlı bütün vacib məlumatları çatdırırlar.
Qeyd edək ki, koordinasiya şurasının qərarına görə, 15 mart tarixindən universitetlərdə tədris prosesi auditoriyalarda bərpa olunacaq.


