Müxalifət lideri Qaxarianın getməsindən danışdı
"Lüstrasiya artıq reallaşdı. Qaxarianın getməsini və gizli səsyazmaları təsadüfi olduğunu düşünməyin. Gürcü Arzusunda dağılma başladı və bu çox yaxşıdır".
InterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşenebeli Strategiyası"nın liderindən biri Tako Çarkviani "360 dərəcə" verlişində qeyd edib.
Onun sözlərinə görə, bu hökumət ölkədəki vəziyyəti o qədər qarışdırdı ki, vəziyyəti düzəltmək üçün Gürcüstanın qərb tərəfdaşlarının və dostlarının Gürcüstana gəlişi zərurətə çevrildi.
“Bu hökumət ölkəni bu qədər qarışdırmağı ilə tarixə düşəcək. Vəziyyət o qədər qarışdı ki, vəziyyəti düzəltmək üçün Qərbdən tərəfdaşlarımız, dostlarımız Gürcüstana gəlməyə məcbur oldu. Bidzina İvanişvili bununla tarixə yazılacaq. Dövlət artıq mövcud deyil, qanun yoxdur, ədalət yoxdur və biz Qərb tərəfdaşlarını insanların bir-biri ilə danışmasına imkan verməyə çağırırıq. Bu boykot olmasaydı və parlamentə daxil olsaydıq Qərb ölkəmizin hansı vəziyyətdə olduğunu heç anlamazdı. Buna görə bu boykot və parlamentə daxil olmağımız lazım idi. Qərb tərəfdaşlarımızın Gürcüstanı itirə biləcəklərini anlamaları həyəcan təbili idi"- Tako Çarkviani.


