24 
Mar
2020
13:16
1387

Gürcüstanda koronavirusa yoluxanların və karantinə alınanların sayı artır

Gürcüstanda koronavirusa 1 yeni yoluxma halı qeydə alınaraq koronavirusa yoluxanların sayı 67-yə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4055 nəfər, stasionar müalicədə isə 252 nəfər var.

Qeyd edək ki, virusa yoluxmuş şəxslərdən 9-u artıq sağalıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər