10 
Mar
2021
14:01
730

İşə götürənlərlə bağlı yenilik var

“Dəyişikliklərin məqsədi işçilərin müdafiəsidir. Yeni öhdəliklərin pozulması halında sanksiya mexanizmi dövrüyyəyə bağlıdır və 400 laridən 1000 lariyədək cərimə nəzərdə tutur”.

InterPress.ge xəbər verir ki, bu barədə Əmək Müfəttişliyi rəhbəri Beka Peradze açıqlama verib.

“Biz şirkətlərə həm proqram, həm də material təminatı yollarından istifadə edə biləcəklərini deyirik. Bunun səbəbi böyük şirkətlərin mühasibat uçotunu əlavə səy göstərmədən elektron qaydada aparmaq qabiliyyətinə sahib olmasıdır. Müvafiq resursları olmayan kiçik şirkətlər yazılı cədvəl hazırlaya bilərlər. Gələcəkdə bu seçim biznesə də tətbiq olunmazsa və elektron formada hər kəs üçün məcburi olarsa, bu, hər hansı bir iş subyektinin Gəlir Xidmətinin veb saytındakı maliyyə hesabatını doldurduğu kimi eyni hesabat forması olacaq. Gələcəkdə bu baş verərsə, əlavə xərc yaradan və ya məhdudlaşdırıcı bir norma olmayacaq. Sanksiyalara gəldikdə, bunun mexanizmi dövriyyəyə bağlıdır və 400 ilə 1000 lari arasındadır"- Peradze.

Qeyd edək ki, 1 mart tarixindən işə götürənlərə yeni öhdəlik əlavə olundu.

Bizimlə əlaqə saxlayın