Marneulinin Molloğlu kəndində Yel çərşənbəsi keçirildi
9 mart tarixində Marneulinin Molloğlu kəndində Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsi keçirilib.
Interpress.ge xəbər verir ki, həmin tətbir “Yeni Düşüncə İnstitutu” tərəfindən baş tutub.
Molloğlu İcma mərkəzinin həyətində Ariz Daşdəmirli və Kamran Əfəndiyevin təşkilatlığı nəticəsində şagirdləri ilə birlikdə böyük təntənəli novruz şənliyi keçirildi.
Tədbirdə şagirdlər şeirlər səsləndirib, müxtəlif rəqslər və maraqlı oyunlar tərtib ediblər.
Sonda A.Daşdəmirli və K.Əfəndiyev öz şagirdlərinə və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
“Yeni Düşüncə İnstitutu artıq üçüncü ildir ki, Novruz şənliklərini böyük təntənə ilə keçirilir. İlk dəfə bu Samirə Bayramova tərəfində başladılmışdı və artıq biz bunu davam edirik. Biz bir ailəyik. Şagirdlərimizin iştirakı ilə bu tədbir baş tutdu. Hər birinə təşəkkürümüzü bildiririk. Yeni Düşüncə ailəsi olaraq xalqımıza, vətənimizə bu ilin uğurlu olmasını ümid edirik”- dedi Yeni Düşüncə İnstitutunun rəhbərləri.



