09 
Mar
2021
16:06
8722

Komendant saatı nə vaxt uzadılacaq? - Açıqlama

“Restoranların fəaliyyəti, yəni tam açılması (şənbə-bazar günləri fəaliyyət göstərmələri, canlı musiqi, komendant saatının uzadılması) epidemioloqlar tərəfindən may ayının sonlarında planlaşdırılmışdı”.

InterPress.ge xəbər verir ki, bu barədə Restoranlar Assosiyasiyasının vitse- prezidenti Şota Burganadze açıqlama verib.

“Restoranların fəaliyyəti, yəni tam açılması (şənbə-bazar günləri fəaliyyət göstərmələri, canlı musiqi, komendant saatının uzadılması) epidemioloqlar tərəfindən may ayının sonlarında planlaşdırılmışdı. Restoranların indi açılması nəyəsə nail olduğumuzu və irəlidə olduğumuzu göstərir. 2 həftə ərzində koronavirusun bizə hansı vəziyyət verəcəyini müşahidə edəcəyik. Əgər kovid vəziyyət pisləşməsə obyektlərin estoranların şənbə-bazar günləri də fəaliyyət göstərməsi və komendant saatının uzadılması məsələsi müzakirə ediləcək. Bundan başqa aprel ayında restoranlarda canlı musiqi dinləmək də mümkün olacaq”-Burganadze.

Onun sözlərinə görə, bu gün əsas problemlərdən biri 10 000 qida obyektindən 6 000-nin fəaliyyət göstərməməsidir.

Qeyd edək ki, 1 mart tarixindən isə Batumidə, 8 mart tarixindən isə Gürcüstan miqyası ilə restoranların fəaliyyəti daxili məkanlarda yeniləndi.

Bizimlə əlaqə saxlayın