23 
Mar
2020
19:08
2564

Gürcüstanda koronavirusa yoluxma halları artır - Yeni yolixma halları qeydə alındı

Gürcüstanda koronavirusa 7 yeni yoluxma halı təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi internet saytında (stopcov.ge) məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 61-ə çatıb. Qeyd edək ki, onlardan 8 nəfəri tam sağalıb.

Qeyd olunur ki, Gürcüstanda hazırda 3320 nəfər karantində, 235 nəfər isə tibbi nəzarətdə saxlanılır.

Bizimlə əlaqə saxlayın