Kaladze: “Səhv məlumatlar, yalanlar yayılır"
"Önümüzdəki yaxın günlərdə, yaxın aylarda, vaxtı gələndə seçkilərdə iştirak edib- etməyəcəyim barədə hər şeyi detallı biləcəksiniz".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının baş katibi, Tbilisi Bələdiyyəsinin meri Kaxa Kaladze jurnalistlərə bildirib
“Səhv məlumatlar, yalanlar yayılır. Növbəti günlərdə, yaxın aylarda vaxtı gələndə seçkidə iştirak edib- etməyəcəyim barədə hər şeyi detallı öyrənəcəksiniz. Heç vaxt gizlin və susmaq üçün addım atmamışam. Vaxtı gələndə hər kəsə hər şey aydın olacaq. Hər şeyin öz vaxtı var. Bu gün bu barədə danışmaq hələ tezdir, tələsməyin. Tbilisi və yerli əhali qarşısında böyük məsuliyyətim var. Çox layihələr həyata keçiririk və siz də bunun şahidi olursunuz. Veriləcək müvafiq qərarla bağlı mütləq məlumatınız olacaq ”- Kaxa Kaladze.


