08 
Mar
2021
20:34
437

Mdinaradze: "Biz yenə də razılıq əldə etməyi düşünürük, çünki..."

"Biz yenə də razılıq əldə etməyi düşünürük, çünki tərəflər danışıqlar masasına oturan zaman kompromis fikirlər irəli sürəcəklər".

InterPress.ge xəbər verir ki, bu haqda "Gürcü arzusu" fraksiyasının sədri Mamuka Mdinaradze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Şarl Mişelin danışıqların mediatoru olması danışıqların davam edəcəyinin zəmanətidir.

"Düşünürəm ki, bir neçə gündən sonra bütün hallarda danışıqlar masasına oturacağıq və bunun zəmanətindən biri də Avropa Şurasının rəhbəri Şarl Mişelin bu məsələdə vasitəçilik etməsidir. Hər halda nə olursa olsun 2010-2011 "kudi" tərəfindən tapılan, montaj olunan, kəsilmiş cümlələr və sözlərlə xəbər hazırladılar və bunu səbəb tutaraq danışıqlar masasına oturmaq istəmədilər. Bu günlərdə bütün variantlarda danışıqlar masasına oturacağıq. Bunun zəmanəti, fikrimcə, digərləri arasından Şarl Mişel kimi bir insanın olmasıdır.

Biz yenə də razılıq əldə etməyi düşünürük, çünki tərəflər danışıqlar masasına oturan zaman kompromis fikirlər irəli sürəcəklər.
Mən yalnız müxalifətdən danışmıram, həm də bizim haqqımızda danışıram. Artıq bir sıra kompromis təkliflər vermişik, onları danışıqlar masasına irəli sürəcəyik, danışıqları davam etdirməyə hazırıq və bunun alternativi yoxdur"- Mdinaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər