08 
Mar
2021
14:03
1677

Gürcüstan vətəndaşları daha 3 ölkədə qanuni işləyə biləcəklər

“Ümid edirəm ki, cari ildə İsrail də əlavə ediləcək və işlə təmin olunmaq istəyənlərin qeydiyyatı başlayacaq”

InterPress.ge xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin Əmək Miqrasiyası məsələləri üzrə şöbə rəisi Qiorqi Bunturia açıqlama verib.

Onun qeyd etdiyinə görə, Gürcüstan vətəndaşları Almaniyadan başqa daha 3 ölkədə: İsraildə, Bolqarıstanda və Fransada işlə təmin oluna biləcəklər və ehtimal ki, qeydiyyat cari ildən başlayacaq.

“Almaniya miqrasiya sahəsində rəsmi razılıq əldə etdiyimiz ilk ölkədir. Almaniyadan başqa daha 3 ölkə ilə: Fransa, İsrail və Bolqarıstanla müqavilə imzalamışıq ki, hal-hazırda bu müqavilələrin qüvvəyə minməsi üzərində çalışırıq. Ehtimal ki, birinci İsrail olacaq. Ola bilər ki, Fransada işlə təmin olunma üçün qeydiyyat cari ildə başlasın. Ümid edirik ki, İsrail də əlavə olunacaq. Qeyd edim ki, hər bir ölkə ilə danışıqlar məsələsi individualdır. İsrail və Fransa məsələsində müxtəlif sektorlar üzrə danışıqlarımız mövcuddur. Fransa ilə bağlı 50 peşə nəzərdə tutulub. Bolqarıstanda da heç bir məhdudiyyət mövcud deyil. Gələcəkdə Almaniyada yeni peşələrin əlavə olunması mümkün ola bilər. Bundan başqa Avropa İttifaqının başqa ölkələri ilə də bənzər razılıq əldə etməyimiz üçün danışıqlarımız davam edir”- Qiorqi Bunturia

Bizimlə əlaqə saxlayın