08 
Mar
2021
13:17
588

Gürcüstanda yeni internet portal fəaliyyətə başladı

Gürcüstanda Oxuinfo.com adlı daha bir internet portal fəaliyyətə başlayıb.

InterPress.ge xəbər verir ki, bu informasiya portalı oxucularına dünyada və ölkədə baş verən elmi, mənəvi, texnoloji, tibbi, mədəni və digər qeyri siyasi məlumat xəbər və bilgiləri təqdim edir.

Gürcüstan Müsəlmanları İdarəsinə bağlı bu portalda operativ olaraq gürcü, ingilis, ərəb, fars və türk dillərindən önəmli yeni bilgi və xəbərlər azərbaycancaya tərcümə edilərək veriləcəkdir.

Ölkədə yeni qanun, qərar, sərəncam və elanlar da nəzərə çatdırılcaqdır. Müəyyən kitabların pdf formatı və mobil variantına da ayrıca yer verilidbir.

Mobil versiyası özəl tərtibatda olan oxuinfo.com portalı vətəndaş və soydaşlaımız üçün və xüsusi ilə də gənclərin nəzərinə müxtəlif yenilikləri, maraqlı və faydalı bilgiləri çatdırmaq niyyətindədir.

Bizimlə əlaqə saxlayın