08 
Mar
2021
13:03
383

"Avropalı Gürcüstan"ın keçmiş liderlərindən Elene Xoştaria yeni siyasi hərəkat qurdu

Siyasətçi Elene Xoştaria "Vaxtdır" adlı yeni hərəkat qurub.

InterPress.ge xəbər verir ki, bu barədə Xoştaria sosial şəbəkədə bildirib.

"Hakimiyyətə nə baş verdiyini gördüyümüzü və bununla barışmayacağımızı göstərməyin vaxtıdır", - deyə siyasətçi sosial mediada yazıb.

Xoştarianın dediyinə görə, korrupsioner məmurları, zorakıları, fırıldaqçıları, oğruları, klan üzvlərini, qohumbazlığı, Rusiya ilə əlaqələri və hər cür haqsızlığı ifşa edəcək və bununla barışmayacaq.

"Siz tək olmayacaqsınız, ədalətsizliyə qarşı mübarizə aparan heç bir insanı tək qoymayacağıq", - Xoştaria bildirib.

Məlumat üçün bildirək ki, ötən il dekabrın 28-də siyasətçi Elene Xoştaria "Avropalı Gürcüstan" partiyasından ayrıldı. Xoştaria partiyanı tərk etmək qərarını yeni siyasi planlarla izah etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər