08 
Mar
2021
11:57
334

“Lelo” yayılan gizli audio yazılarla bağlı istintaqın başlaması üçün baş prokurorluğa müraciət etdi

“Lelo”nun üzvləri: Kaxa Kojoridze, Tornike Artkmeladze, Levan Samuşia və digərləri baş prokurorluğa rəsmi müraciət edərək 6 mart tarixində “Tv Pirveli”nin efirində yayımlanan gizli audioyazılarla bağlı istintaqın başlamasını tələb ediblər.

InterPress.ge xəbər verir ki, “Lelo”nun liderlərindən biri Kaxa Kojoridzenin açıqlamasına görə, prokurorluq tərəfindən istintaqın başladılmaması birbaşa Gürcüstan qanunvericiliyinə tabesizliyi və idarəçi partiyaya tabeliliyi göstərir.

“Bu gün biz “Lelonun üzvləri” və hüquqşünaslar buraya Gürcüstan prokurorluğuna onların vəzifələrini xatırlatmaq üçün gəlmişik. Cinayət Prosessual Qanununda açıq şəkildə qeyd edilir ki, cinayət əlamətlərini ehtiva edən məlumatların KİV vasitəsilə yayılması prokurorluğun istintaqa başlamasına birbaşa öhdəlik qoyur. Biz hüquqşünaslar olaraq, prokurorluq tərəfindən istintaqın başladılmamasını birbaşa Gürcüstan qanunvericiliyinə tabesizliyi və idarəçi partiyaya isə tabeliliyi göstərdiyini qeyd edirik. Cinayət faktlarını müəyyənləşdirmək partiyanın deyil, prokurorluğun səlahiyyətidir”- Kaxa Kojoridze.

Məlumat üçün bildirək ki, “Tv Pirveli”nin məlumatına görə, onlar arzuolunmaz şərhlərdən irəli gələrək bir neçə uşağın cəzalandırılmasını nəzərdə tutan və Bera İvanişvilinin və İrakli Ğaribaşvilinin arasında baş tutan audiyazı əldə ediblər.

Bizimlə əlaqə saxlayın