08 
Mar
2021
11:58
673

Gürcüstanda cinsi zorakılıq neçə faizdir? - STATİSTİKA

2021-ci ilin yanvar ayına olan göstəricilərə görə, cinsi zorakılıq hadisələrinin sayı bir əvvəlki ilə nisbətən 5 faiz artıb.

InterPress.ge xəbər verir ki,bu haqda “Gənc Hüquqşünaslar Dərnəyi” tərəfindən dərc olunan qadınların hüquqi statusunun qiymətləndirilməsində deyilir.

Təşkilatdan bildirildiyinə görə, cinsi zorakılıq, cinsiyyətə əsaslanan zorakılığın ən ağır, gizli və cəzasız formalarından biri olaraq qalır.

"Mövcud qanunvericilik və təcrübə cinsi zorakılıq üçün effektli, zərərçəkənə yönəldilmiş, cinsi həssas hüquqi mexanizmlərini təmin edəmmir. Zorakılığa məruz qalan qadınlar üçün ədalətə çatmaq əlçatımlı deyil və / və ya çətin əlçatımlıdır.

2021-ci ilin yanvar ayına olan göstəricilərə görə, cinsi zorakılıq hadisələri əvvəlki ilə nisbətən 5 faiz artdı. Bu il ictimaiyyət yetkinlik yaşına çatmayan şəxslərə qarşı bir sıra ciddi cinsi cinayət hallarından xəbərdar oldu. Yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq faktları və bunun ağır nəticələri göstərir ki, 16 yaşınadək qızlara qarşı cinsi zorakılığın araşdırılması və günahın düzgün qiymətləndirilməsi problemlidir", -deyilir məlumatda.

Bundan əlavə, ölkədəki abort problemindən bəhs edilib və Gürcüstanda məcburi abort məsələsinin hələ də qanunla tənzimlənmədiyini və İstanbul Konvensiyasını təsdiqləmə öhdəliyi olmasına baxmayaraq Cinayət Məcəlləsi ilə cəzalandırıması gərəkən hərəkət hesab olunur.

"Məcburi abort, Avropa İnsan Hüquqları Məhkəməsinin təcübəsinə əsasən, Konvensiyanın 3-cü və 8-ci maddələri ilə qorunan hüquqlar sahəsina daxildir. İstanbul Konvensiyasının 39-cu maddəsinə görə, məcburi abort qadına qarşı zorakılığın ən çətin növlərindən biri hesab olunur.

İstanbul Konvensiyasını təsdiq etmə öhdəliyinə baxmayaraq, məcburi abort məsələsi hələ də qanunla tənzimlənmir və Cinayət Məcəlləsi ilə cəzalandırıması gərəkən hərəkət hesab olunur. Milli qanunvericiliyin İstanbul Konvensiyasının tələblərini ən qısa müddətdə əks etdirməsi, Cinayət Məcəlləsinə dəyişiklik etməsi və məcburi abort hallarını cinayət məsuliyyətinə cəlb etməsi vacibdir", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın