08 
Mar
2021
11:18
559

“ Gürcü Arzusu” yayılan audio yazı ilə bağlı bəyanat yayır

“Gürcü Arzusu- Demokratik Gürcüstan” yayılan audio yazı ilə bağlı açıqlama verib.

InterPress.ge xəbər verir ki, partiya tərəfindən yayılan məlumatda qeyd edilir ki, montaj olunmuş və “lazımlı dəqiqələr” üçün saxlanılmış audiomaterial uzun müddət öncə hazırlanıb.

Açıqlamada bildirilir ki, onların bu addımlarına baxmayaraq, “Gürcü Arzusu” konstruktiv və dövlət əsaslı münasibətlərdən heç vaxt imtina etməyəcək.

“Dünən ictimaiyyət partiyalardan birinin televiziyasının efiri vasitəsilə 2010-2011-ci ilin çirkinliklə montaj edilmiş audioyazısını dinləyib və baxıb. İşıqlandırılmış saxta audio söhbət minimum bir neçə ay ərzində onlarla audioyazıdan götürülmüş sözlərdən və cümlələrdən ibarətdir. Bu Vahid Milli Hərəkatın idarəçiliyi dövründə (Bidzina İvanişvili siyasətə gələnədək)”qudi” tərəfindən 2 şəxs arasında qanunsuz audioyazı hazırlanıb. Sözügedən audioyazıda bir tərəfdə xeyriyyə fondu “Kartu”- nun prezidenti İrakli Ğaribaşvili, digər tərəfdə isə azyaşlı Bera İvanişvilidir. Onlar bu cür addımlar atmaqla özlərini daha çox məhv edirlər, çünki sivilizasiyalı dünyada bu cür Sovet KQB metodlarının tətbiqi tamamilə xoşagəlməz və qəbuledilməzdir. Qanunsuz dinləmə, dinlənilənin saxlanılması, montaj edilməsi, ondan istifadə etmə, zorakılıq, qətl və s. Vahid Milli Hərəkatın əlyazısıdır. "Gürcü Arzusu" və onun liderlərinə gəlincə, onlar nə siyasətə gələnədək nə də siyasətə gəldikdən sonra bənzər üsullardan istifadə etməyiblər.

Görünən o ki, montaj olunmuş və “lazımlı dəqiqələr” üçün saxlanılmış audiomaterial uzun müddət öncə hazırlanıb.

İki gün öncə ATƏT/DTHİB tərəfindən Gürcüstanda 2020-ci ildə keçirilmiş parlament seçkiləri haqda müsbət qiymətləndirmə işıqlandırıldı. Eyni zamanda Avropa Şurasının prezidenti Şarl Mişel mediator rolunu öz öhdəliyinə götürdü. Bu isə prosesin deeskalasiyasının və danışıqların konstruktiv rejimdə davam etməsinin zəmanəti olmalı idi. Görünən odur ki, saxta qeydlərin yayımlanmasına səbəb olan bu amillər danışıqları pozmaq məqsədini daşıyır. Radikal müxalifət audioyazıları danışıqlardan imtina etmək səbəbi kimi istifadə etmək aruzusunda olub və yeni kampaniyalara da əl atıblar- o saxtakarlığa əsaslanır.

Onların bu cür addımlarına baxmayaraq, “Gürcü Arzusu” konstruktiv və dövlət əsaslı münasibətlərdən heç vaxt imtina etməyəcək. Biz beynəlxalq tərəfdaşların bizə müraciəti olan dialoqun davam etməsinə hazırıq”- bəyanatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın