08 
Mar
2021
10:44
602

Telavidə valideynlərini və nənəsini öldürən şəxs saxlanıldı

Telavidə valideynlərinin və nənəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarədən verilən məlumata görə, təqsirləndirilən şəxs hadisədən bir neçə saat sonra polis tərəfindən saxlanılıb.

Cinayət Məcəlləsinin ağırlaşdırıcı şəraitdə üç ailə üzvünün qəsdən öldürülməsi və qanunsuz olaraq odlu silah gəzdirilməsini nəzərdə tutan iki maddəsi ilə istintaq aparılır.

İstintaq nəticəsində təqsirləndirilən şəxsin öz adına qeydiyyatdan keçmiş odlu silahla üç ailə üzvünü vuraraq öldürdüyü müəyyənləşib.

“Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsi və Telavi Rayon Polis Şöbəsinin əməkdaşları isti təqib ilə aparılan əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində Telavidə qəsdən adam öldürmə faktı açıblar. 1993-cü il təvəllüdlü A.A., ailənin üç üzvünü ağırlaşdırıcı şərtlər altında törədilmiş qəsdən adam öldürməkdə ittiham olunur.

Cinayət 16 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutur.

İstintaq, təqsirləndirilən şəxsin 1960-cı il təvəllüdlü atasını, 1963-cü il təvəllüdlü anasını və 1935-ci il təvəllüdlü nənəsini, adına qeydiyatdan keçmiş odlu silahdan atəş açaraq ölümcül şəkildə yaraladığını, bundan sonra hadisə yerindən qaçdığını müəyyənləşdirdi.

Polis A.A.-nı hadisədən bir neçə saat sonra Telavidə saxladı.

Qanun icraçıları sübut olaraq silahı - tapançanı götürdülər.

Hadisə Gürcüstanın Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsinin 2-ci hissəsinin, “v” bəndi, 3-cü hissəsinin “a” bəndi və 236-cı maddəsinin 4-cü hissəsiylə araşdırılır ki, bu da üç ailə üzvünə qarşı qəsdən adam öldürmə və qanunsuz silah daşımağı nəzərdə tutur", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər