07 
Mar
2021
12:19
410

Mdinaradze: "Gürcüstan vətəndaşlarına yalnız Dünya Səhiyyə Təşkilatı tərəfindən icazə verilən peyvənd barədə danışılacağına söz verdik"

"Gürcüstan vətəndaşlarına yalnız Dünya Səhiyyə Təşkilatı tərəfindən icazə verilən peyvənd barədə danışılacağına söz verdik".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" fraksiyasının sədri Mamuka Mdinaradze, "Gürcü Arzusu - Demokrat Gürcüstan" siyasi şurasının iclasından sonra bildirib.

Onun sözlərinə görə, Siyasi Şuranın iclasında müzakirə olunan məsələlərdən biri də peyvəndləmə olub.

“Peyvəndləmə məsələsi müzakirə edildi. Peyvəndlə bağlı çətin vəziyyətə və bunun yalnız Gürcüstana aid olmamasına baxmayaraq, Gürcüstan vətəndaşlarına söz verdik ki, yalnız Dünya Səhiyyə Təşkilatı tərəfindən icazə verilən peyvənd barədə danışılacaq. Xalqın qarşısında ədalətli olmaq üçün son tarixi deyəcəm. Bu ayın sonu peyvəndin Gürcüstana mərhələli şəkildə gətirilməsi gözlənilir və gətiriləcək də. Söhbət "Pfizer", "Astrazeneca" dan gedir. Başqa bir şəkildə, başqa istiqamətlərdə də proseslər gedir. Səlahiyyət qazanmış peyvənd Gürcüstana gətiriləcək və əvvəlcə tibb işçiləri aşılanacaq və daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi plana əsasən peyvəndləmə prosesi davam edəcək”, - dedi Mdinaradze.

Bizimlə əlaqə saxlayın