06 
Mar
2021
11:23
613

ATƏT Gürcüstanda 2020-ci ildə keçirilmiş parlament seçkisi ilə bağlı açıqlama verib

"ATƏT- in demokratik institutlar, insan haqqları ofisi və Avropa Şurası tərəfindən verilən tövsiyyələrin bir hissəsi yerinə yetirilib, ancaq bəzi tövsiyyələr onlar arasında: kampaniyaların icrası, seçkilərin inzibatiliyi, kampaniyaların maliyyələşdirilməsi, media, şikayət etmə prosesi, eləcə də bütün səviyyələrdə nəticələrin hesablanması və normativ məhdudiyyətlərlə əlaqədar məsələlər isə yenədə yerinə yetirilməmiş qalıb".

InterPress.ge xəbər verir ki, bu barədə 2020-ci il 31 oktyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı ATƏT-in demokratik institutlar və insan haqqları ofisi tərəfindən hazırlanmış yekun hesabatda qeyd edilib.

"Düzdür bütün maraqlanan tərəflər dəyişiklikləri alqışladı, ancaq kampaniyaların icrası, seçkilərin inzibatiliyi, kampaniyaların maliyyələşdirilməsi, media, şikayət etmə prosesi, eləcə də bütün səviyyələrdə nəticələrin hesablanması, seçki günü prosedurları istiqamətilə qanunvericiliyin effektli həyata keçirilməsi ilə əlaqədar məsələlərlə bağlı hər kəs narahat oldu"- sənəddə bildirilir.

Hesabatda o da, qeyd edilib ki, seçkilər 3 səviyyəli seçki administrasiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə baş tuturdu və seçki administrasiyası qanunla nəzərdə tutulmuş vaxtı təmin edib, eləcə də ümumiyyətlə seçkilərin texniki aspektlərini covid-19 pandemiyası ilə bağlı islahatların şərtləri ilə uğurla icra edirdi.

"MSK seçki subyektlərinə, müşahidəçilərə, media nümayəndələrinə müntəzəm şəkildə açıq iclaslar keçirirdi. Açıq sessiyada MSK tərəfindən bir çox önəmli məsələlər müzakirə edilməyib. Bu isə şəffaflığı məhdududlaşdırırdı. Seçki administrasiyasında idarəçi partiyanın dominant nümayəndəliyi xüsusilə aşağı səviyyədə seçki komissiyalarının özəlləşdirilməsi və müstəqilliyi ilə bağlı ictimaiyyətə mənfi təsir edib"- sənəddə yazılıb.

Sənəddə eləcə də, seçici qeydiyyatı prosesi ilə əlaqədar məsələyə də toxunulub. Qeyd olunur ki, proses passiv, uzunmüddətli və mərkəzləşdirilmiş şəkildə aparılırdı.

"Proses passiv, uzunmüddətli və mərkəzləşdirilmiş şəkildə aparılırdı. Şəxsi məlumatların yoxlanılması və düzəlişlərin edilməsi tələbində seçicilərin müxtəlif variantlardan istifadə etməsi imkanı var idi. Seçkilərin birinci turunda yekun seçki siyahısında 3 526 023 seçici var idi və bunun düzgünlüyü haqda DTHİB- in müşahidəçi misiyasının çoxluq nümayəndəliyi narahatlıq nümayiş etdirməyib. Səs vermə vaxtının müvəqqəti dəyişdirilməsi ilə bağlı DTHİB- in tövsüyyələri nəzərə alınmayıb".

Sənəddə eləcə də partiyaların və namizədlərin qeydiyyatı ümumiyyətlə inkluz olub. MSK 48 partiya və iki seçki bloku qeydiyyatdan keçirib ki, bu da seçicilər geniş seçimətmə imkanı ilə təmin edilmişdi.

Bizimlə əlaqə saxlayın