06 
Mar
2021
10:23
920

Prokurorluq Qardabani bələdiyyəsində baş vermiş cinayətlə bağlı açıqlama yayır

Gürcüstan prokurorluğu Qardabani bələdiyyəsinin Sarticalada baş verən ölüm hadisəsi faktı üzrə Z. S.- nı qəsdən adam öldürmə, ağır şərtlər altında qəsdən adam öldürməyə cəhd, odlu silahı qanunsuz alma, saxlama və gəzdirmə maddəsilə saxladı.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayır.

Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən keçirilən istintaqla təsdiq olundu ki, 2021- ci ilin 3 mart tarixində Sarticala kəndində mübahisə zəminində Z. M. qanunsuz əldə etdiyi odlu silahla Z. S.-ya baş və əl nahiyəsindən atəş açıb.

"Ardınca Z. S. iki və ya daha çox insanın qəsdən öldürməsinə cəhd edərək qisas almaq məqsədilə Ş.K., T. Q. və Z. M.-ya bir neçə dəfə avtomatdan atəş açıb. Atəş nəticədə Ş.K. xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, T. Q.- ya isə vaxtında edilən tibbi müdaxilə nəticəsində xilas olub.

Polislər Z. S və Z. M.-nı 4 Mart tarixində həbs ediblər. Z. S. Gürcüstanın Cinayət Məcəlləsinin 108- ci maddəsilə ( qəsdən adam öldürmə) 19, 109- cu maddənin 3-cür hissəsinin "a" altbəndi ilə ( iki və daha çox insanı qəsdən öldürmə cəhdi) və 236- şcı maddənin 3-cü və 4-cü hissəsi ilə (odlu silahı qanunsuz alıb, saxlama və gəzdirmə) ittiham edilir.

Prokurorluq hər iki müttəhim barəsində həbs qətimkan tədbiri görülməsi üçün məhkəməyə müraciət edib.

Cinayət işi üzrə araşdırma aparılır "- deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın