06 
Mar
2021
08:41
325

Litvanın XİN: Avropa İttifaqının böyük heyəti Gürcüstana səfər edə bilər

"Avropa İttifaqı ölkələrinin Xarici İşlər Nazirləri Gürcüstanda siyasi böhranın aradan qaldırılması məqsədilə "mediatorlar qrupu" yaradacaqlar".

InterPress.ge xəbər verir ki, bu barədə Litva mediası məlumat yayır.

Mediada yayılan məlumatlara görə, Litvanın Xarici İşlər Nazirinə, şəxsən özünün Gürcüstana səfər edib- etməyəcəyinə dair verilən suala o belə cavab verib:
" Ola bilsin ki, Avropa Birliyinin daha böyük həyatı Gürcüstana səfər etsin. Bu məsələ ilə bağlı planlar mövcuddur. Biz indi bu səfərin baş tutmasının səmərəli olub- olmayacağını müzakirə edirik. Xarici İşlər Nazirliyinin mediatorlar qrupu yaradılır və bu qrupun tərkibinə birdən çox ölkənin nümayəndəsi qatılacaq. Hesab edirəm ki, Gürcüstan siqnalı yalnız, Litvadan almayacaq. Biz Avropa və transatlantik inteqrasiyadan danışırıq"- Qabielius Landsberq.

Bizimlə əlaqə saxlayın