05 
Mar
2021
23:11
514

Nazir müavini peyvəndin Gürcüstana gətiriləcəyi vaxtı açıqladı

"İlkin məlumata görə, peyvəndin Gürcüstana çatdırılması 22 mart həftəsində baş tutacaq. Martın sonunadək peyvəndləmə proqramı Pfizerlə başlayacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirinin müavini Tamar Qabunia qeyd edib.

Onun sözlərinə görə, bu gün "Pfizer"- in baş ofisi və "Covax"- ın nümayəndəliyi ilə telefon danışığı baş tutub.

"Pfizer peyvəndinin çatdırılmasının əlavə şərtləri dəqiqləşdirildi. Bizim Pfizerin ölkəyə gətirilməsi üçün bütün mərhələləri keçmə imkanımız var idi. Pfizer bizdən peyvəndin hava limanından aparılacağı mərkəzlər haqqında məlumat tələb edir. Bu tibb müəssisələri uzun zamandır seçilib və bu haqda məlumat Pfizerin baş ofisinə göndərilib. İlkin məlumata görə, peyvəndin Gürcüstana çatdırılması 22 mart həftəsində baş tutacaq. Martın sonunadək peyvəndləmə proqramı Pfizerlə başlayacaq"- Tamar Qabunia.

Nazir müavininin bildirdiyinə görə, AstraZeneca peyvəndi istiqaməti ilə də yeniliklər mövcuddur.

"UNİCEF Astrazenecadan ilk dozaların çatdırılması üçün təsdiq əldə edib. Gürcüstanın payına düşən 129 600 doza may ayının sonunadək çatdırılacaq. İlk doza Martın sonunda, yəni 22 mart həftəsində Amsterdam hissələndirmə mərkəzindən çatdırılacaq. Peyvəndləmə prosesinin martın sonunda başlamağı gözləyirik. Peyvəndi göndərmək üçün Pfizerin tələb etdiyi bütün məlumatlar çatdırılıb"- Qabunia.

Onun sözlərinə görə, ilk növbədə tibb sahəsinin 57 000 işçisi peyvəndlənəcək.

"Hazırki mərhələdə çatdırılacaq olan peyvəndlər tibb sahəsinin 57 000 işçisinə vurulacaq. Aprel ayında peyvəndin növbəti dozalarını gözləyirik ki, bu mərhələdə də digər qrup nümayəndələri peyvəndlənəcək"- Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın