05 
Mar
2021
19:53
385

Gürcüstan və Qazaxıstan arasında müntəzəm hava nəqliyyatı bu il martın 16-da bərpa ediləcək

"Gürcüstan və Qazaxıstan arasında müntəzəm hava nəqliyyatı bu il martın 16-da bərpa ediləcək".

InterPress.ge xəbər verir ki, məlumatı Mülki Aviasiya Agentliyi yayır.

Agentlikdən verilən məlumata görə, Qazaxıstanın "Air Astana" aviaşirkəri Almati-Tbilisi-Almati istiqamətində həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri, yay naviqasiya mövsümü qüvvəyə mindikdən sonra isə (martın son həftəsi) bu istiqamətdə həftədə yeddi dəfə uçuş həyata keçirəcək.

"Air Astana" aviaşirkətinə , 4 mart tarixində Mülki Aviasiya Agentliyi tərəfindən müntəzəm hava fəaliyyətini həyata keçirməsinə icazə verildi.

"Xahiş edirik nəzərə alasınız ki, epidemioloji vəziyyətə görə, sərhəd məhdudiyyətləri və sanitariya tələbləri dövlətlər tərəfindən vaxtaşırı dəyişdirilir, bu da hava yollarının bu və ya digər istiqamətdə fəaliyyətinin başlaması, davam etməsi və ya yenilənməsi baxımından verilən qərarlarda əks olunur. Vətəndaşları səyahətlərini planlaşdırarkən diqqətli olmağa, təyinat ölkəsi tərəfindən sərhəd və sanitariya qaydalarını, hava yolu bildirişlərini, rəsmi mənbələrdə yerləşdirilən açıqlamaları və cədvəlləri diqqətlə oxumağa çağırırıq ", - deyə Mülki Aviasiya Agentliyinin açıqlamasında bildirilib.

Bizimlə əlaqə saxlayın