05 
Mar
2021
18:17
622

Wizzair hava yolları şirkətinin nümayəndəsi uçuşlar ilə bağlı açıqlama verdi

"İslahatlar imkan verdikdən və bazarda müvafiq tələbat yarandığı təqdirdə Wizzair Gürcüstandan uçuşlar həyata keçirəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Wizz Air- in korporativ əlaqələr meneceri Andraş Radio bildirib.

Şirkətdən verilən məlumata görə,Gürcüstanın mülki aviasiya agentliyinə 20 istiqamət üçün icazə almaq məqsədi ilə müraciət edilib.

"Wizz Air" təsdiq edir ki, Gürcüstanın mülki aviasiya agentliyinə 20 istiqamət üçün icazə və 2021- ci ilin 28 mart tarixində başlayacaq aviasiya sezonuna slotlar almaq məqsədilə müraciət edib. Söhbət 20 istiqamətə həftədə 45 tezliklə uçmaqdan gedir.İ

İslahatlarimkan verdikdən və bazarda müvafiq tələbat yarandığı təqdirdə wizzear Gürcüstandan uçuşlar həyata keçirəcək.

Hal-hazırda uçuşların yenilənmə tarixinin dəqiqliyi haqqında fikir bildirmək tezdir, çünki bazarda vəziyyət çətindir və hökumət covid-19- un yayılmasına mane olmaq üçün çalışır. Wizz Air Gürcüstana sadiq qalır və vəziyyət imkan verdiyi təqdirdə aviaşirkət Kutaisi hava limanından işini davam etdirəcək"- Andraş Radio.

Bizimlə əlaqə saxlayın