05 
Mar
2021
14:33
1480

Gürcüstana daxil ola biləcək ölkələrin siyahısı genişləndirildi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, son 72 saat ərzində keçirilmiş PISAR testinin mənfi cavabı əsasında Gürcüstanın hava sərhədinə daxil ola biləcək ölkələrin siyahısı genişləndirilib.

InterPress.ge xəbər verir ki, Baş nazir İrakli Qaribaşvilinin bu barədə sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, bu gündən etibarən Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları və ya yaşayış hüququ olan sakinlər PISAR testinin mənfi cavabı əsasında Gürcüstan ərazisinə hava sərhədi ilə girə biləcəklər.

Bu qayda həmçinin Avropa Birliyinə üzv dövlətlərə, Amerika Birləşmiş Ştatları, İsrail, İsveçrə, Norveç, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Türkiyə, Ermənistan, Azərbaycan, Ukrayna, Qazaxıstan, Rusiya, Belarusiya vətəndaşları və ya rezidentlərinə də aitdir.

Tranzit də daxil olmaqla, bu ölkələrdən Gürcüstana giriş halında, vətəndaş və ya rezident ziyarətçilər 72 saatlıq etibarlılığı olan PISAR testinin mənfi cavabını təqdim etməli və ölkəyə daxil olduqdan sonra üçüncü gün öz xərcləri ilə məcburi PISAR testi verməlidirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər