05 
Mar
2021
12:58
1905

Bu il Marneulidə Novruz şənliyi keçiriləcəkmi? - AÇIQLAMA

Artıq bir ildir ki, Marneulidə Novruz şənliyi yerli idarəetmə tərəfindən qeyd olunmur.

InterPress.ge xəbər verir ki, buna səbəb isə 2020-ci ildə koronavirusun ölkədəki epidemioloji vəziyyəti gərginləşdirməsi olduğu bildirilir.

Belə ki, əvvəlki ilə nisbətən bu il koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət qənaətbəxşdir. Bəs hazırkı epidemioloji vəziyyəti nəzərə alaraq bu il Marneulidə Novruz şənliyi keçiriləcəkmi?

Bununla bağlı, InterPress.ge Marneuli merinin müavini Laşa Lobjanidze ilə əlaqə saxladı.

Laşa Lobjanidzenin qeyd etdiyinə görə, ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq Novruz şənliyinin keçirilib-keçirilməməsi ilə bağlı tövsiyələr gözlənilir.

“Bu mərhələdə heç bir şey deyə bilməyəcəm, bu pandemiyanın inkişafı ilə əlaqədardır. Bildiyiniz kimi, müəyyən dərəcədə kommendant saatı və genişmiqyaslı yığıncaqlara olan qadağa hələ də qüvvədədir və tədbirlərin keçirilməsi ölkədəki epidemioloji vəziyyətdən asılıdır”.

Mer müavini eyni zamanda, Novruz bayramı öncəsi şəhərin bəzədilməsi və təbrik bannerlərinin yerləşdirilməsi haqda açıqlama vedi.

“Əlbətdə ki, Novruz bayramı ilə əlaqədar təbrik bannerləri yerləşdiriləcək, bunu sizə dəqiqliyi ilə deyə bilərəm”, - dedi Laşa Lobjanidze

Bizimlə əlaqə saxlayın