05 
Mar
2021
10:43
380

POS TV telekanalı işğal olunmuş ərazilərdən video süjet yayımladı - VİDEO

"Bizim çəkiliş qrupumuzun Qarabağda gəzintisi Ağdamdan başladı. Müharibənin izləri atdığımız hər addımda görünür. Ermənistan Silahlı Qüvvələri tərəfindən 30 il ərzində nəzarətdə olan Ağdam rayonuna Azərbaycan ordusu 20 noyabr tarixində daxil oldu. Ermənilər şəhəri öncəki gün tərk etsələrdə izləri qalıb. Burada dağılmış evləri və hərbi texnika qalıqlarını tez-tez görürük".

InterPress.ge xəbər verir ki, bu sözləri 27 fevral tarixində Qarabağa yollanan Gürcüstanın POS TV telekanalının jurnalisti Ağdamda şahidi olduqlarından danışıb.

Gürcü jurnalist heyəti ilə Qarabağa yollanan ekspertlərdən biri qeyd edir ki, Ağdam şəhəri ən çox ziyan dəymiş şəhərlərdən biridir.

"Ağdam şəhəri ən çox ziyan dəymiş şəhərlərdən biridir, çünki Ağdamda 30 000- dən çox azərbaycanlı yaşayırdı. Müharibə dövründə məscidlərə, tarixi qəbirstanlıq və şəhərin mərkəzinin bir hissəsinə ziyan dəymişdi".

Jurnalist daha sonra vaxtilə Ağdamda yaşamış, müharibədə qaçqın düşmüş, doğulub böyüdüyü obasının, tərk etmək məcburiyyətində qaldığı evinin həsrəti ilə yaşamış Bağdad Mansırxanovla söhbət edib.

"Ermənilər bu əraziləri nəzarətə alan vaxtlardan mən Bakıda yaşamalı oldum. Daha sonra isə doğma evimə qayıtdım. Bəli, Bakı da mənim evimdir, lakin öz doğma el- obaya qayıtmaq başqa hissdir. Qarabağ da mənim evimdir. Bu yerlərə sevgi bəsləməyi nəvələrimə də öyrədirəm. Köhnə evimizdən yalnız kitablar və xatirələr qaldı mənə" - Bağdad Mansırxanov.

Jurnalistin qeyd etdiyinə görə, 30 il sonra Ağdam şəhərinin məscidində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı ilə ilk dəfə namaz qılındı. 30 il sonra məscidin tarixi simasının bərpası planlaşdırıldı.

"Biz Ağdamdan Füzuli rayonuna keçid aldıq. Bura silahlı toqquşmaların tez-tez baş verdiyi ərazilərdir. Biz hal-hazırda Füzuli rayonunun Əbdürrəhmanlı kəndindəyik. Gördüyünüz kimi burada ermənilərin istehkamları olub və müharibə vaxtı toqquşmalardan biri də burada baş verib. Bu toqquşmadan sonra ermənilər buranı tərk ediblər. Siz toqquşmanın izlərini görürsüz"- jurnalist.

Gürcü ekspert Quram Marxulia Fizuli rayonunda öz fikrini bu cür bildirdi.

"Biz hal-hazırda Fizuli rayonunun kəndlərindən birindəyik. Buraya yaxın keçmişdə erməni əsgərləri nəzarət edirdilər. Yavaş-yavaş xalq öz torpaqlarına qayıdacaq, ancaq əvvəlcə burada evlər tikilməlidir"- Quram Marxulia.

POSTV-nin jurnalisti həmçinin Füzulidə gedən tikinti/ bərpa işlərində də bəhs edib.

"Azərbaycan hökuməti burada tikinti işləri həyata keçirməyi, şəhəri yenidən bərpa etməyi planlaşdırır. Burada beynəlxalq hava limanı açılacaq. İşlərə artıq başlanıb".

Çəkiliş qrupu daha sonra Cəbrayıl rayonuna yollanıb.

"Müharibənin qızğın toqquşmalarının baş verdiyi ərazilərdən biri də buradır Füzuli və Cəbrayıl. Burada dağlar, dərələr, təpələr və s. Daha azdır"- ekspert.

POSTV Cəbrayıldan sonra Zəngilanı da unutmayıblar.

"Cəbrayıldan sonra Zəngilan da baş çəkdik. Burada tarixi binaların izlərinə rast gəldik. Azərbaycanla İranı birləşdirən körpünün yaxından görmək bizə da qismət oldu. Müharibəyə qədər bu ərazi də erməni tərəfin tabeliyində idi"- jurnalist.

Son olaraq çəkiliş heyəti Qubadlıda olub.

"Bura çəkilişimizi yekunlaşdıracağımız Qubadlı şəhəridir. Müharibəyədək bu evdə ermənilər yaşayıblar. Müharibə bitdikdən və razılıq əldə olunandan sonra erməni ailələri bu evləri tərk ediblər. Yaxın gələcəkdə isə azərbaycanlılar yenidən öz evlərinə qayıdıb burada məskunlaşacaqlar" - jurnalist.

"Bu ərazilərdə işləmək biz jurnalistlər üçün xüsusilə, çətin idi, çünki bütün bunlar tək tərəfli işıqlandırılmamalı idi. Biz hər addımımızı diqqətlə ayırdıq, çünki atdığımız hər addım bizim taleyimizi həll edirdi"- jurnalist

"Yorğun 3 gün sonra hər bir jurnalist və operator bu əraziləri xüsusi emosiyalarla tərk etdik. İkinci Qarabağ müharibəsi hər bir insana bir daha sülhün dəyərini və önəmliliyini hiss etdirdi və göstərdi", - deyə Post tv-nin süjetində qeyd olunur.

Bizimlə əlaqə saxlayın