Tbilisidə, Nuçubidze küçəsində yaşayış binasının doqquzuncu mərtəbəsində partlayış baş verib.
InterPress.ge-nin məlumatına görə, elektrik avadanlıqlarında yanğın baş verib və partlayışa səbəb olub.
Yanğınsöndürənlər və hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Təcili Yardım Xidmətindən verilən məlumata görə, partlayış nəticəsində xəsarət alan olmayıb.
Onların sözlərinə görə, partlayış yanğına və dağıntıya səbəb olmayıb.
