04 
Mar
2021
16:25
361

ÜST nümayəndəsi:” Covax” və ÜST Gürcüstana peyvəndin qısa müddətdə göndərilməsi üçün 24 saat çalışır

“Səhiyyə Naziri Ekaterine Tikaradze və hökumət bütün öhdəlikləri artıq yerinə yetirmiş olsada “Covax” işləri indi sürətləndirir və bu çətin prosesdir”.

InterPress.ge xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri Hans Kluqe onlayn mətbuat konfransında açıqlama verib.

“ Mediada fərqli ismarıclara rast gəldik.Gürcüstan həm hökümət kimi həm də, ölkə kimi bütün öhdəlikləri yerinə yetirib.Qlobal miqyasda ilk çatdırılma artıq başlayıb və ümid edirik və əminik ki, yaxın həftələrdə bu bütün bölgəyə baş tutacaq”- Hans Kluqe.

Onun sözlərinə görə, Gürcüstanın Baş Naziri və Ümumdünya Səhiyyə Təşkilatının direktoru arasında bu mövzuda keçən həftə sonu telefon konfransı baş tutmuşdu.

“ Bu gün bizim UNİCEF-lə və Cenevrədə səhiyyə təşkilatı ilə çatdırılma tarixini müəyyən etmək üçün əlaqələrimiz var.Buna görə də, xalq tərəfindən ictimai və sosial ölçülərin qorunmasına dair ismarıclar var. Həqiqətən də ” Covax” və ÜST Gürcüstana peyvəndin qısa müddətdə göndərilməsi üçün 24 saat çalışırlar”- Hans Kluqe.

Bizimlə əlaqə saxlayın