04 
Mar
2021
13:38
1119

Martın 7-dək olan hava şəraiti açıqlandı

Martın 5-6-da Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Verilən məlumata görə, martın 6-da Gürcüstanın qərbindəki ovalıqlarda hava +18, +20, Şərqi Gürcüstanın ovalıqlarında +15, +17 dərəcə isti olacaq.

Martın 7-də Qara dənizin şimal-qərbindən nisbətən soyuq və nəmli hava kütlələri yayılacaq, yağış yağacağı, dağlarda qar yağacağı, yüksək dağlarda (əsasən ölkənin qərb hissəsində) qar fırtınası olacağı, güclü qərb küləyinin əsəcəyi gözlənilir.

Qərbi Gürcüstanda hava istiliyi əhəmiyyətli dərəcədə azalacaq. 5-6 mart tarixlərində Tbilisidə hava yağmursuz keçəcək. Havanın istiliyi +14, +16 dərəcə, 7 martda isə +10, +12 dərəcə olacaq. Martın 7-də az yağış yağacağı, şimal-qərbdən arabir güclü külək əsəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər