04 
Mar
2021
12:20
807

Baş nazir: "Müəyyən məhdudiyyətləri qaytarmaq məcburiyyətində qalacağıq"

"Son günlərdə yoluxmuş insanların sayının azalmasına baxmayaraq, bir daha cəmiyyəti maska taxmağa çağırıram".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili bildirib.

Baş nazir maska taxmağın vacib olduğunu və hər kəsin qaydalara riayət etməyə diqqət göstərməsini, əks təqdirdə müəyyən məhdudiyyətlərin yenidən tətbiq edilməsinin zəruri olacağını söyləyib.

“Məhdudiyyətləri yüngülləşdirdik. Bütün bu tədbirlər iqtisadiyyatı mümkün qədər tez bərpa etməyə və açmağa xidmət etdi. Digər tərəfdən, vəziyyət pisləşsə, müəyyən məhdudiyyətləri qaytarmaq məcburiyyətində qalacağımızı unutmamalıyıq. Bunun qarşısını almaq üçün əsas tələbləri yerinə yetirməliyik və əlbəttə ki, bunun dövlət tərəfindən müvafiq nəzarətə ehtiyac var", - dedi İrakli Qaribaşvili.

Bizimlə əlaqə saxlayın