04 
Mar
2021
09:58
1095

DİQQƏT! GAİM icraçı direktor vəzifəsinə vakansiya elan edir

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi icraçı direktor vəzifəsinə müsabiqə elan edir.

İş barədə məlumat:

1. Mərkəzin gündəlik fəaliyyətini təmin etmək və ümumi fəaliyyətə nəzarət həyata keçirmək;

2. Mərkəz tərəfindən həyata keçirilən layihələr barədə təkliflər vermək, yeni layihələr hazırlamaq;

3. Edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və şəffaflığı və hesabatlığı təmin etmək;

4. Mərkəzin bölmələrinin fəaliyyətini təşkil etmək, təhlil etmək, yeni təkliflər hazırlamaq;

5. İcraçı direktor səlahiyyətlərinə bilavasitə aid olan vəzifələri yerinə yetirmək;

6. Mərkəzin iclas və müşavirələrində iştirak etmək, onları protokollaşdırmaq, iclas və müşavirələrin yekunları barədə təkliflər hazırlamaq;

7. İş günləri: həftənin 5 günü, saat: 9:00-dan 18:00-dək, istirahət şənbə-bazar günləri;

8. Əmək haqqı 550$ başlayaraq (nəqliyyat və digər xərclər ödənilmir).

Namizədlərə olan tələblər:

1. Gürcüstan vətəndaşı (pasportun surəti);

2. Ali təhsil (diplomun surəti);

3. İş təcrübəsi: hökümət və ya qeyri-hökümət təşkilatlarında azı 3 il iş təcrübəsi;

4. Gürcü və Azərbaycan dilində yazı və danışıq qabiliyyəti (digər dillər də arzu olunandır);

5. Kompüter bilikləri (MC Office və s.);

5. Müasir tədbirlər (həmçinin onlayn) həyata keçirmək bacarığı;

6. Ünsiyyət qurmaq, komandada işləmək qabiliyyəti;

7. Təşəbbüskar, məsuliyyətli, qərar qəbul etmə və problemləri həll etmə bacarığı olan, analitik düşüncəli, idarəetmə qabiliyyətli;

8. Müvafiq normativ sənədlərin və Gürcüstan qanunvericiliyinin əsaslarını bilməli;

9. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli.

Arzu edənlər 2021-ci ilin mart ayının 25-dək CV məlumatlarını və İnteqrasiya Mərkəzinin gələcək fəaliyyətinə dair baxışlarını [email protected] elektron poçt ünvanına göndərməsi xahiş edilir.

Müraciət edənlər elektron məktubun mövzu hissəsində “İCRAÇI DİREKTOR” yazmalıdır.

Bizimlə əlaqə saxlayın